Bakıda "Zaporojets" markalı minik avtomobil "Mercedes"lə toqquşduqdan sonra yanıb - FOTOSESSİYA - VİDEO

Bakıda "Zaporojets" markalı minik avtomobil "Mercedes"lə toqquşduqdan sonra yanıb  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2014 02:30 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA TV. Ötən gecə Bakının Nəsimi rayonu ərazisində Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələrinin kəsişməsində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkətdə olan "ZAZ” (“Zaporojets”) markalı avtomobilin sürücüsü işıqforun qadağanedici işığına məhəl qoymayıb. Bu vaxt Səməd Vurğun küçəsi ilə hərəkətdə olan və Kəramət Haşımova məxsus "Mercedes"lə qaydanı pozan avtomobil toqquşub. Toqquşmadan sonra "Zaporojets" səkiyə çırpılıb və yanmağa başlayıb.

Hələlik şəxsiyyəti məlum olmayan sürücü və avtomobildəki sərnişin yanan maşını qoyaraq hadisə yerindən qaçıblar. Ətrafdakı şəxslər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan maşını söndürüblər.

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları qəzaya səbəb olan sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR