Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
# 06 noyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 6,0% bahalaşıb, sərnişindaşıma tarifləri isə 1,1% ucuzlaşıb.

APA-Economics”ə Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1,1% bahalaşma, digər xarici ölkələr üzrə isə 10,8% ucuzlaşma müşahidə olunub.

Oktyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 15,4% bahalaşıb.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,8% ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR