Mirmahmud Mirəlioğlu: “Milli Şuranın noyabrın 10-na mitinq təyin etməsindən xəbərsizəm”

Mirmahmud Mirəlioğlu: “Milli Şuranın noyabrın 10-na mitinq təyin etməsindən xəbərsizəm”
# 03 noyabr 2014 13:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Şuranın noyabrın 10-a təyin etdiyi mitinqdən xəbərsizəm”. Bunu APA-ya açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu söyləyib.

KXCP-nin mitinqdə iştirak edib-etməyəcəynə gəlincə, M.Mirəlioğlu deyib ki, bu, mitinqin şüarından asılıdır: “Yəqin ki, KXCP üzvlərinin mitinqdə iştirakının sərbəst olması ilə bağlı məsələni partiyanın İdarə Heyətində müzakirə edərik”.

Xatırladaq ki, KXCP rəhbərliyi son vaxtlar Milli Şuranın tədbirlərində iştirak etmir. KXCP sədrinin müavini Xəzər Teyyublu sentyabrın 28-də qurumdan istefa verib. KXCP Milli Şuranın oktyabrın 12-də keçirilən aksiyasında da iştirak etməyib. Həmin vaxt da M.Mirəlioğlu APA-ya açıqlamasında Milli Şuranın təyin etdiyi mitinq barədə məlumatı olmadığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR