ARDNŞ Novorossiysk limanından xam neftin ixracını 2 dəfə azaldıb

ARDNŞ Novorossiysk limanından xam neftin ixracını 2 dəfə azaldıb
# 03 noyabr 2014 14:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında Novorossiysk limanından 84 769 ton xam neft ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9% azdır.

Ümümilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 847 352 ton xam neft ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 43,3% azdır.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR