Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub
# 31 oktyabr 2014 23:39 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın cənubunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın “Kazakhstan Today”-ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Almatı şəhərindən 599 km cənub-qərbdə, ocağı 15 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR