İsmayıllı sakini avtomobilini və evini yandırıb

 İsmayıllı sakini avtomobilini və evini yandırıb
# 09 oktyabr 2014 08:05 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayon sakini evini və avtomobilini yandırıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10 radələrində, rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Aqil Əlisurət oğlu Bəşirov özünə məxsus 31 BC 672 dövlət nömrə nişanlı “Moskiviç” markalı minik avtomobilinin üstünə yaşadığı evin həyətində benzin tökərək yandırıb. Yanğın nəticəsində alov yaşayış evinə keçib. Hadisə zamanı avtomobil və ümumi sahəsi 50 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı və Göyçay Yanğından Mühafizə Hissələrinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın hadisəsini törədən ev sahibi A. Bəşirov yanğınsöndürənlərin işinə mane olaraq, yanğının söndürülməsinə mane olub.

A.Bəşirovun əsəbiləşdiyi üçün hadisəni törətdiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR