Qonşusunun maşınını qaçıran Qax sakini qəza törədib - FOTO - VİDEO

Qonşusunun maşınını qaçıran Qax sakini qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 noyabr 2014 23:03 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabr ayının 3-ü, axşam saatlarında Yevlax –Zaqatala - Gürcüstan sərhəd magistral yolunun 130-cu kilometrliyində, Zaqatalanın Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Qax şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 19-da yaşayan, 1976-cı il təvəllüdlü Eldar Allahverdi oğlu Paşayev idarə etdiyi “Qaz 2410” markalı , “34 BA 484” dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını əvvəlcə yolun sol kənarındakı daş hasara, daha sonra isə ağaca çırpıb. Qəza nəticəsində bədən xəsarəti alan Eldar Paşayev əvvəlcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin müayinə edildikdən sonra Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Eldar Paşayevin vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat qəzası törədən Eldar Paşayev idarə etdiyi “Qaz 2410” markalı avtomobili noyabr ayının 3-ü, günün ikinci yarısında elə özünün yaşadığı Qax şəhəri Cəfər Cabbarlı küçəsi, ev 1-də yaşayan, 23 yaşlı Məhəmməd Kərimovun evinin qarşısından qaçıraraq şəhəri qısa zaman ərzində tərk edib. Yol qəzası baş verməzdən bir qədər əvvəl Məhəmməd Kərimov ailəsinə məxsus avtomobilin oğurlanması barədə Qax rayon Polis Şöbəsinə müraciət edib. Məlumatda bildirilir ki, qonşusunun maşınını qaçıraraq yol qəzasını törədən Eldar Paşayev əvvəllər məhkumluq həyatı yaşayıb, hadisəni törədən zaman isə içkili olub.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində və Qax RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR