Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Serbiyada keçirilən beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Serbiyada keçirilən beynəlxalq tədbirdə iştirak edəcək
# 30 sentyabr 2014 07:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 1-dən 2-dək Belqrad şəhərində (Serbiya) Əməliyyat İmkanları Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə illik konfrans keçiriləcək.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR