Litva mətbuatı: Azərbaycan aviadaşıyıcısı “Air Lituanica” şirkətini əldə etmək istəyir

Litva mətbuatı: Azərbaycan aviadaşıyıcısı “Air Lituanica” şirkətini əldə etmək istəyir
# 06 noyabr 2014 08:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Litvanın “Air Lituanica” aviaşirkətinin alınmasına maraq göstərir.

APA-Economics”in məlumatına görə, bu barədə Litvanın Eversus.lt xəbər saytı yazır.

Saytın iddiasına görə, Azərbaycandan olan şirkət “Air Lituanica”nın səhmlərinin 49%-ni əldə etmək niyyətindədir.

Məlumata görə, “Air Lituanica” aviadaşıyıcısı ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) törəmə şirkəti “Azal Avia Cargo”, eləcə də “Silk Way Group” sərnişin daşıyıcı şirkəti maraqlana bilər.

“AZAL”-ın Xidmət rəisi Məhərrəm Səfərli isə “APA-Economics”ə bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Bir müddət əvvəl Bakıya səfəri çərçivəsində Litvanın nümayəndə heyəti AZAL-ın rəhbəri Cahangir Əsgərovla görüşüb. Görüş zamanı Litva tərəfi bu ölkə ilə Azərbaycan arasında aviareyslərin açılmasını təklif edib. AZAL rəhbəri isə bildirib ki, Azərbaycan bu istiqamətdə Litvaya hər bir yardım göstərməyə hazırdır. Hər hansı konkret addım atılmayıb. “Air Lituanica” şirkətinin Azərbaycanın aviadaşıyıcısı tərəfindən əldə olunması müzakirə mövzusu olmayıb”, - deyə M. Səfərli bildirib.

Qeyd edək ki, “Air Lituanica” şirkəti Vilnüs meriyası tərəfindən yaradılıb. Maraqlıdır ki, hazırda şirkət zərərlə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR