Ukrayna hökuməti NATO-ya üzvlük barədə qanun layihəsini bəyənib

Ukrayna hökuməti NATO-ya üzvlük barədə qanun layihəsini bəyənib
# 03 sentyabr 2014 13:03 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukrayna Nazirlər Kabineti ölkənin NATO-ya qoşulmasına dair qanun layihəsini bəyənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Arseni Yatsenyuk bildirib.

“NATO-nun sammiti ərəfəsində bizim məqsədimiz Ukrayna və NATO arasında xüsusi statusa nail olmaqdır. NATO bir nömrəli tərəfdaş olaraq Kiyevə xüsusi status verməlidir”, – deyə baş nazir əlavə edib.

A. Yatsenyuk deyib ki, Ukraynanın alyansa üzv olması məsələsinin NATO ölkələrində müzakirəsi asan keçməyəcək.

Xatırladaq ki, Ali Radada Ukraynanın NATO-ya qoşulması haqqında qanun layihəsi qeydiyyatdan keçib. Lakin layihənin nə vaxt müzakirəyə çıxarılacağı açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR