Salvadorda naməlum silahlı şəxslər 8 nəfərdən ibarət bir ailəni qətlə yetiriblər

Salvadorda naməlum silahlı şəxslər 8 nəfərdən ibarət bir ailəni qətlə yetiriblər
# 26 noyabr 2014 01:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, bayram şənliyi Sonsonate əyalətinin Santa Emiliya rayonunda, evlərin birində keçirilmiş. Gecə saatlarında 4 naməlum silahlı şəxs evə hücum edərək, biri qadın olmaqla 8 nəfəri qətlə yetiriblər.

Yerli mətbuat öldürülən şəxslərin Salvadorun kriminal aləmi ilə əlaqəli olduğunu ehtimal edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR