Masallıda ikimərtəbəli ev yanıb - FOTO - VİDEO

Masallıda ikimərtəbəli ev yanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2014 16:33 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda güclü yanğın olub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15.00 radələrində rayonun Təzəkənd kənd sakini, 1935-ci il təvəllüdlü Zərövşən Qulaməli qızı Babayevaya məxsus evdə baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli, 7 otaqlı fərdi evin ikinci mərtəbəsində yerləşən 3 otaq və dəhlizdəki məişət avadanlıqları yanıb.

Yanğının başvermə səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR