Azərbaycanın bəzi yerlərində havanın temperaturu 14 dərəcəyə yüksələcək - VİDEO

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 14 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 10 dekabr 2014 09:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 10-da axşam qərb rayonlarında, 11-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR