Ukrayna və Ermənistan MDB PA-nın Bakıdakı toplantısında iştirak etmir

Ukrayna və Ermənistan MDB PA-nın Bakıdakı toplantısında iştirak etmir
# 10 oktyabr 2014 09:06 (UTC +04:00)

Komissiyanın katibi Konstantin Pşenko APA-ya açıqlamasında bildirib ki, Ukrayna iclasa qatılmaqdan imtina səbəbi kimi bu ay keçirilən parlament seçkilərinə hazırlığı göstərib.

Ermənistana da tədbirlə bağlı rəsmi dəvət göndərildiyini bildirən K.Pşenko onların gəlməkdən imtina etdiklərini deyib: “Nəzərə alaq ki, Ermənistan parlamentinin Hüquq komitəsinin sədri Tiqran Urixanyan bu Komissiyanın sədr müavinidir, digər müavinimiz isə azərbaycanlı deputat Elmira Axundovadır. Amma bu məsuliyyətə baxmayaraq, Ermənistan nümayəndə heyəti iclasa gəlməkdən imtina etdi və səbəbi izah etmədilər. Hərçənd Azərbaycan tərəfi həmişə olduğu kimi, bütün təhlükəsizliyə təminat verirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR