Azərbaycanın rabitə müəssisələri 10 ay ərzində 1,3 mlrd. manatlıq xidmət göstərib

Azərbaycanın rabitə müəssisələri 10 ay ərzində 1,3 mlrd. manatlıq xidmət göstərib
# 15 noyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanın rabitə müəssisələri bu ilin 10 ayı ərzində əhaliyə, müəssisə və təşkilatlara 1,3 mlrd. manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 13,3% çox rabitə xidməti göstərib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 7,7% artaraq 761 mln. manata çatıb və ümumi gəlirlərin 58,1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR