Fazil Mustafanın “Bütöv Azərbaycanlı axtarışı” adlı yeni kitabı çapdan çıxıb

Fazil Mustafanın “Bütöv Azərbaycanlı axtarışı” adlı yeni kitabı çapdan çıxıb
# 03 dekabr 2014 10:01 (UTC +04:00)

Bakı - APA. Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın “Bütöv Azərbaycanlı axtarışı” adlı yeni kitabı çapdan çıxıb.

APA-nın xəbərinə görə, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr olunan 664 səhifəlik kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

Qeyd edək ki, bu, Fazil Mustafanın 2014-cü ildə işıq üzü görən üçüncü kitabıdır. Kitabda müəllifin 2014-cü ildə dövri mətbuatda yer alan publisistik məqalələri dərc olunub. Bu məqalələrdə müəllif ictimai-siyasi gündəmin müxtəlif sahələrinə aid ən aktual mövzulara toxun­ub, maraqlı görüş və təkliflərini irəli sürüb.

Fazil Mustafanın “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” və “Bütöv Azərbaycanlı axtarışı” adlı kitablarının imza mərasimi dekabrın 6-da saat 12.00-13.00-da RUS Kitab Evində (“Nizami” metro stansiyasının yaxınlığında, Azad Qadın heykəlinin yanında) və saat 13.30-15.00-da “KİTABEVİM” mağazasında (“28 May” metro stansiyasının yanında, Dəmiryolu Xəstəxanasının giriş darvazasının sağ tərəfində, Puşkin küç. 26 a) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR