Azərbaycanda ÜDM istehsalı 2,5% artıb

Azərbaycanda ÜDM istehsalı 2,5% artıb
# 15 oktyabr 2014 11:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 44,1 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0% artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 2,0% azalıb.

ÜDM-in 61,6%-i istehsal sahələrində, o cümlədən 44,3%-i sənayedə, 11,9%-i tikintidə, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,2%-i isə xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 25,0%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,4%-i informasiya və rabitə xidmətləri sahələrində, 48,0%-i isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR