“Azəriqaz” hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə verilən təbii qazın həcmini iki dəfədən çox artırıb

“Azəriqaz” hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə verilən təbii qazın həcmini iki dəfədən çox artırıb
# 03 noyabr 2014 12:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azəriqaz” İstehsalat Birliyi hava şəraitindən asılı olaraq əhaliyə verilən təbii qazın həcmini artırır.

Bunu “APA-Economics”ə “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, bu il də hər dəfə olduğu kimi, noyabrın 15-dək qış ayları üçün istifadəyə veriləcək təbii qaz qazanxanalara ötürülməyə başlanacaq: “Hava şəraiti soyuqlaşdıqca, “Azəriqaz” evlərə, mənzillərə verilən qazın həcmini artırır. Bu qazın həcmi də havaların daha da soyuq olması ilə bağlı daha artıq olur”.

İ. Kərbəlayev deyib ki, artıq bu gün hava ilə əlaqədar olaraq qurum əhaliyə verilən təbii qazın həcmini iki dəfədən artıq artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR