Bakıda yük avtomobilini qatara çırpan sürücü ölüb

Bakıda yük avtomobilini qatara çırpan sürücü ölüb
# 03 noyabr 2014 12:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yük avtomobili qatara çırpılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də saat 18 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Goranboy rayon sakini İlham Dərgahov idarə etdiyi “KamAZ” markalı avtomobili yük daşıyan qatara vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR