Azərbaycanlı tədqiqatçılar Türkiyədə Birinci Dünya Müharibəsinin 100 illiyinə həsr olunmuş simpoziuma qatılacaqlar

Azərbaycanlı tədqiqatçılar Türkiyədə Birinci Dünya Müharibəsinin 100 illiyinə həsr olunmuş simpoziuma qatılacaqlar
# 15 noyabr 2014 16:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyalar Komandanlığının Strateji Araşdırmalar İnstitutunda (SAREN) «1914-cü ildən 2014-cü ilə – 100-cü ilinində Birinci Dünya Savaşını anlamaq» mövzusunda beynəlxalq simpozium keçiriləcək.

APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, noyabrın 20-də başlayacaq, iki gün davam edəcək simpoziumda Birinci Dünya Müharibəsi və müharibədən sonra meydana gələn siyasi, sosial və iqtisadi proseslər barədə müzakirələr aparılacaq.

Simpoziumda Türkiyə ilə yanaşı ABŞ, Azərbaycan, Bolqarıstan, Hindistan, Qırğızıstan, Macarıstan, Pakistan və Serbiyadan hərb tarixi, təhlükəsizlik strategiyaları və beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərən 27 tədqiqatçı çıxışlar edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR