Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 Avqust - <span style="color: red;">VİDEO
# 28 avqust 2014 17:09 (UTC +04:00)

Yaxın Şərqin ən yeni tarixi göstərir ki, hansısa qeyri-leqal silahlı birləşmənin dəstəklənməsi sonda meydana nəzarət olunmayan, gerçək gücə sahib terror təşkilatının çıxması ilə nəticələnir. Əfqanıstanda sovet qoşunlarına qarşı “Əl-Qaida” və “Taliban”ı dəstəkləyən Qərb sonradan özü üçün təhlükəyə çevrilmiş bu təşkilatlara qarşı on illərlə mübarizə aparmalı oldu. Eyni proses Suriyada da təkrarlandı, Qərb Əsəd rejiminə qarşı bütün leqal və qeyri-leqal, dini və dünyəvi, kürd, ərəb silahlı birləşmələri qeyd-şərtsiz dəstəkləsə də, bu dəstək sonradan İŞİD kimi bir təhlükə doğurdu. Və Qərb yenə də özü doğduğu bu təhlükəni özü boğmağa məcburdur. ABŞ artıq İŞİD-ə qarşı havadan irimiqyaslı əməliyyata başlayıb. İŞİD gec-tez siyasi səhnədən silinəcək, fiziki olaraq məhv olacaq, bu, şəksizdir, amma Qərbin Yaxın Şərq siyasəti heç zaman dəyişməyəcək. Yaxın Şərqdə bir dəfə “Əl-Qaida” palçığına bulaşan Qərbin ikinci dəfə İŞİD çamırına batması yanlış siyasətin nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR