Pekində Kerri ilə Lavrov arasında görüş keçiriləcək

Pekində Kerri ilə Lavrov arasında görüş keçiriləcək
# 07 noyabr 2014 20:21 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bildirib.

“Sabah dövlət katibinin Sergey Lavrovla görüşü nəzərdə tutulub. Əlbəttə ki, onlar Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər”, deyə Psaki bildirib.

Kerri ilə Lavrov arasında görüş noyabrın 9-dan 11-dək Pekində keçiriləcək ATES-in (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) növbəti sammiti ərəfəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR