Tural Abbaslı: "Hərəkat yaratmaq Nizamnaməyə zidd deyil”

Tural Abbaslı: "Hərəkat yaratmaq Nizamnaməyə zidd deyil”
# 03 dekabr 2014 09:47 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, partiya daxilində narazıların yaratdığı işçi qrupda təmsil olunan Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, Qubad İbadoğlu işçi qrupunun iclasında belə bir hərəkat yaradacağını bəyan etmişdi. O qeyd edib ki, bu hərəkatın yaradılması Nizamnaməyə zidd deyil: “Onlar bəyan ediblər ki, bütün hallarda Müsavat Partiyasında qalacaqlar. Eyni zamanda bu hərəkatın yaradılması Nizamnaməyə ziddi deyil. Çünki hər bir üzv partiyada qalaraq, ictimai hərəkat yarada və orada təmsil oluna bilər. Bu baxımdan hərəkatın yaranmasına təbii yanaşıram. Ancaq yenə də hər şeyi zaman göstərəcək. Ola bilər ki, bu hərəkat Müsavata rəqib olsun. Eyni zamanda partiyaya divident də qazandıra bilər. İndidən bir fikir söyləmək istəmirəm. Ancaq mən və tərəfdarlarım fraksiya yaradılmasının tərəfdarıyıq. Buna görə də hərəkatın yaradılmasında iştirak etmədik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR