Sınaq imtahanlarında ən yüksək nəticə göstərmiş müəllimlərin adları açıqlanıb

Sınaq imtahanlarında ən yüksək nəticə göstərmiş müəllimlərin adları açıqlanıb
# 03 oktyabr 2014 13:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi sınaq qiymətləndirilməsinin nəticələri əsasında ən yüksək nəticə göstərmiş müəllimlərin adları açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, siyahıya əsasən imtahanda sualların hamısına cavab verərək 100%-lik nəticə göstərənlər "Zəngi" liseyinin riyaziyyat müəllimi Ramiz Kazımov və həmin liseyin biologiya müəllimi Gülbəniz Əliyeva olub.

Bakı şəhəri 53 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sevil Musayeva, 291 nömrəli "Araz" ekologiya liseyinin fizika müəllimi Gülşən Məmmədova, 60 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Afət Axundova, 261 nömrəli məktəb-liseyin ibtidai sinif müəllim Lalə Alıyeva və 188 nömrəli tam orta məktəbin tarix müəllimi Zümrüd Quliyevanın hər biri sınaq qiymətləndirmədə 98,33%-lik nəticə göstərib.

26 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mətanət Eminova isə imtahanda 96,66%-lik nəticə əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR