“ABB-Moskva”nın aktivlərini 14% artırıb

“ABB-Moskva”nın aktivlərini 14% artırıb
# 13 avqust 2014 09:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan “ABB-Moskva” bankının 2014-cü il iyulun 1-nə aktivlərinin həcmi 34 734 mln. rubl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6% çoxdur.

ABB-dən “APA-Economics”ə verilən məlumata görə, bankın məcmu kapitalı 21,3% artaraq 3 180 mln. rubla çatıb.

Bu ilin yanvar-iyun ayları ərzində bankı ümumi gəlirləri 652,32 mln. rubla çatıb. Eyni zamanda, bankın faiz gəlirləri 486,7 mln. rubl, qeyri-faiz gəlirləri 154,9 mln. rubl təşkil edib. Bankın komissiya gəlirləri ötən ilin birinci yarımilliyinə nisbətdə 39,3% artaraq 197,4 mln. rubl təşkil edib.

Bankın kredit portfeli illik müqayisədə 9% artaraq 2014-ci il iyulun 1-nə 25 340 mln. rubla çatıb. Bunlardan, fiziki şəxslərə verilmiş kreditlər 3 598 mln. rubl (7% artım), hüquqi şəxslərə verilən kreditlər 21 742 mln. rubl (8% artım) təşkil edib. Hüquqi şəxslərə aid hesablarda vəsaitin həcmi 21% artaraq 6 761 mln. rubla çatıb. Fiziki şəxslərin vəsaitlərin həcmi 55% artıb və hazırda 8 488 mln. rubl səviyyəsindədir.

“ABB-Moskva Bankı”nın “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 100%-lik törəmə strukturu kimi 2002-ci ildə əsası qoyulub. “ABB-Moskva” bankı - ən böyük Rusiya maliyyə-kredit müəssisələrinin TOP-150-nə əminliklə daxil olan universal bankdır. Hal-hazırda bank şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda ofislərdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR