Şahmar Mövsümov AİB-in vitse-prezidenti ilə görüşüb

Şahmar Mövsümov AİB-in vitse-prezidenti ilə görüşüb
# 15 noyabr 2016 10:11 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Ş. Mövsümov ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüş zamanı V. Janq Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb.

Görüşdə, həmçinin Azərbaycan ilə AİB arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR