Yaponiyada bərədə yanğın baş verib

Yaponiyada bərədə yanğın baş verib
# 01 avqust 2015 04:35 (UTC +04:00)

Bakı-APA. Yaponiyada Tokio-Tomakomay marşrutu ilə hərəkət edən bərədə yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Tokio limanını tərk edən bərədən bir müddət sonra həyəcan siqnalı verilib.

Yerli sahil mühafizəçiləri hadisə yerinə 4 patrul kateri göndərib. Hazırda 94 sərnişinin xilas edildiyi bildirilir. Bərənin göyərtəsində olan sərnişinlərin sayı və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Yanğının başvermə səbəbləri bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR