Bakı-2015: VI gün 11 dəst medalın sahibi məlum olub

Bakı-2015: VI gün 11 dəst medalın sahibi məlum olub
# 17 iyun 2015 23:10 (UTC +04:00)

Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarının VI günündə 11 dəst medalın sahibi məlum olub. Apasport.az saytının məlumatına görə, taekvondo, kişilər arasında sərbəst güləş, kamandan oxatma, atıcılıq və bədii gimnastika yarışlarında ilk “üçlük”lər medallarına qovuşublar.

Azərbaycan Oyunların VI günündə 4 medal qazanıb. Bunlardan 3-nün əyarı qızıl, digərinin isə bürünc olub.

Taekvondoçu Ayxan Tağızadə, sərbəst güləşçilər Toğrul Əsgərov və Xetaq Qazyumov fəxri kürsünün ən yuxarı pilləsinə qalxdıqları halda, digər güləşçimiz Cəbrayıl Həsənov yarışları bürünc medalla başa çatdırıb. Bu gün qeydə alınan nəticələrdən sonra Azərbaycan yarışda qazandığı medalların sayını 23-ə çatdırıb.

Qeyd edək ki, bununla I Avropa Oyunlarında ümumilikdə 71 dəst medal öz sahibini tapıb.

Taekvondo

Kişilər

68 kq

1. Ayxan Tağızadə (Azərbaycan)

2. Karol Robak (Polşa)

3. Aleksey Denisenko (Rusiya)

3. Joel Qonzales Bonilya (İspaniya)

Qadınlar

57 kq

1. Jade Cons (Böyük Britaniya)

2. Ana Zaninoviç (Xorvatiya)

3. Nikita Qlasnoviç (İsveç)

3. Eva Kalvo Qomes (İspaniya)

Güləş

Kişilər

57 kq

1. Viktor Lebedev (Rusiya)

2. Marsel Evald (Almaniya)

3. Aleksandru Çirtoaka (Moldova)

3. Sezer Akgül (Türkiyə)

65 kq

1. Toğrul Əsgərov (Azərbaycan)

2. Frank Markes Kamizo (İtaliya)

3. Mustafa Kaya (Türkiyə)

3. İlias Bekbulatov (Rusiya)

74 kq

1. Aniyar Geduyev (Rusiya)

2. Soner Dəmirtaş (Türkiyə)

3. Cəbrayıl Həsənov (Azərbaycan)

3. Cumber Kvelaşvili (Gürcüstan)

97 kq

1. Xetaq Qazyumov (Azərbaycan)

2. Elizbar Odikade (Gürcüstan)

3. Valeri Andreytsev (Ukrayna)

3. Abdulsalam Qadisov (Rusiya)

Kamandan oxatma

Qarışıq komanda, çoxnövçülük

1. İtaliya

2. Gürcüstan

3. Ukrayna

Atıcılıq

Kişilər

Səngər stendi

1. Aleksey Slipov (Rusiya)

2. Erik Varqa (Slovakiya)

3. Covanni Pellielo (İtaliya)

10 metrdən hava tapançası ilə atəş

1. Damir Mikeç (Serbiya)

2. Joao Kosta (Portuqaliya)

3. Yuraj Tuzinski (Slovakiya)

Qadınlar

10 metrdən hava tapançası ilə atəş

1. Zorana Arunoviç (Serbiya)

2. Sonia Franke (İspaniya)

3. Viktoriya Çayka (Belarus)

Bədii gimnastika

Qrup, çoxnövçülük

1. Rusiya

2. İsrail

3. Belarus

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR