Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Anarın 75 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Anarın 75 illik yubileyi qeyd edilib
# 25 oktyabr 2013 12:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Anarın 75 illik yubileyi qeyd edilib.

APA-nın xəbərinə görə, yubiley tədbirində Anarın kitablarından ibarət sərgisi təşkil olunub, yazıçının həyat və yaradıcılığı haqında lentə alınan videofilmin nümayişi olub.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, millət vəkili Nizami Cəfərov, Milli Məclisin deputatı Aqil Abbas, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, mədəniyyət və incəsənət xadimləri yazıçının Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışıblar.

Yubiley mərasiminin sonunda Anarın əsərləri əsasında hazırlanan tamaşalardan səhnələr oynanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR