Göyçay rayonunda narkotik alveri ilə məşğul olan şəxs tutulub

Göyçay rayonunda narkotik alveri ilə məşğul olan şəxs tutulub
# 06 dekabr 2013 10:32 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda narkotik alveri ilə məşğul olan şəxs tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən Alpoud kənd sakini 1969-cu il təvəllüdlü Həsrətov Əlisa Həmid oğlu şübhəli şəxs qismində saxlanılaraq üzərinə baxış keçirilib.

Yoxlama zamanı ondan 7 kibrit qutusuna yerləşdirilmiş ümumi çəkisi 38 qram olan qurudulmuş marixuana götürülüb. Polis əməkdaşları onun evinə baxış keçirərkən oradan 2 ədəd çətənə kolu aşkar ediblər. Narkotik bitkilərin qanunsuz olaraq becərilməsi və satışı ilə məşğul olan Əlisa Həsrətov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR