Filarmoniyada Rusiyanın Müstəqillik Gününə həsr edilmiş konsert proqramı keçiriləcək

Filarmoniyada Rusiyanın Müstəqillik Gününə həsr edilmiş konsert proqramı keçiriləcək
# 14 iyun 2013 13:39 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. İyunun 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Rusiyanın Müstəqillik Gününə həsr edilmiş konsert proqramı keçiriləcək. Filarmoniyadan APA-ya verilən məlumata görə, konsert proqramında dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsert proqramının solistləri pianoçular Nazim İmanov, Fəqan Həsənli olacaq.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR