Təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına ağzında narkotik vasitə keçirməsinin qarşısı alınıb

Təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına ağzında narkotik vasitə keçirməsinin qarşısı alınıb
# 23 oktyabr 2013 14:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Süleyman İsmayıl oğlu Nuriyevin məhkəmədən müəssisəyə etapla daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun ağız boşluğunda gizlədilmiş şəffaf sellofana bükülmüş xalis çəkisi 1,17 qram narkotik maddə “marixuana” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR