Qazax Sement Zavodu bu il 1 mln. ton sement istehsal edəcək - FOTO

Qazax Sement Zavodu bu il 1 mln. ton sement istehsal edəcək - <span style="color: red;">FOTO
# 12 fevral 2014 12:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC fəaliyyətini daha da təkmilləşdirmək barədə qərar qəbul edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Korporasiyanın tərkibində fəaliyyət göstərən bir sıra istehsal obyektlərinin daha səmərəli çalışması üçün yeni idarəetmə sistemlərinə keçid nəzərdə tutulub. Bu baxımdan ilk addım kimi, Korporasiyanın Qazax rayonunun Daş Salahlı kəndinə yaxın ərazidə inşa etdiyi Qazax Sement Zavodu təşkilatlanaraq 2014-cü ildən «Qazax Sement Zavodu» MMC kimi fəaliyyətə başlayıb.

Zavod artıq «Akkord Sement» brendi altında 4 növ sement istehsalını həyata keçirir. İstehsal edilən sement növlərinin keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib, müvafiq uyğunluq sertifikatları verilib.

«Qazax Sement Zavodu bu il 1 mln. ton sementin istehsalını nəzərdə tutur. Bu mühüm layihənin reallaşması Azərbaycanın qərb regionunun sosial-iqtisadi inkişafına təsir göstərməklə yanaşı, həm də ölkənin qeyri-neft sənayesinin şaxələndirilməsinə dəstək olacaq. «Akkord» Korporasiyasının tərkibində fəaliyyət göstərən daha bir neçə istehsal obyektlərinin yeni idarəetmə sistemlərinə keçidi planlaşdırılır», - deyə Korporasiyanın rəsmi məlumatında bildirilir.

Xatırladaq ki, Qazax Sement Zavodunun açılışı ötən ilin iyulun 5-də baş tutub. Zavodun layihələndirilməsi və proqramlaşdırılması dünyanın bu sahələrdə lider şirkətləri tərəfindən aparılıb. Zavod ən müasir avadanlıqla təchiz edilərək sementin quru üsulla istehsalını həyata keçirir. Tikintisinə 250 mln. manat investisiya qoyulmuş zavodda 700 nəfər işlə təmin olunub. Qazax Sement Zavodunun ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR