Tunisdə etiraz aksiyasına 40 min insan qatılıb

Tunisdə etiraz aksiyasına 40 min insan qatılıb
# 14 avqust 2013 00:51 (UTC +04:00)

Bakı-APA. Tunisdə hökumət əleyhinə etiraz aksiyasında 40 min insan iştirak edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, parlament binasının qarşısında toplaşan izdiham hakim “An-Naxda” islamçı partiyasına etirazını bildirib. Buna cavab olaraq, bir neçə min partiya tərəfdarı hakimiyyətə dəstəkm mitinqi keçirib. Tərəflər arasında toqquşmalar barədə xəbər verilmir.

Qeyd edək ki, ötən həftə “An-Naxda” Milli Təsis Şurasının (müvəqqəti parlament) öz işinin dayandırılması barədə qərarı ilə razı olduğunu bəyan edib. Bundan başqa, partiya bütün siyasi qüvvələri böhrandan çıxış yolunu tapmaq üçün birgə səy göstərməyə çağırıb.

Qeyd edək ki, iğtişaşlara səbəb Tunis parlamentinin deputatı, bu ölkənin məşhur müxalifətçilərindən Məhəmməd Əl-Brahminin qətli olub. O, öz evinin qarşısında güllələnib. Qatil Məhəmməd əl-Braxminin başına tapançadan 11 dəfə atəş açıb.

Solçu Əl-Brahmi ölümündən əvvəl Tunis vətəndaşlarını «Misir ssenarisi» üzrə ölkədə demokratiyanı inkişaf etdirməyə, islamçıları hakimiyyətdən kənarlaşdırmağa səsləyib. Onun qətlindən sonra dünyəvi müxalifət xalqı etiraz aksiyalarına çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR