BDU: Universitetin rektoru Abel Məhərrəmovun adına açılmış «Facebook» profili saxtadır

BDU: Universitetin rektoru Abel Məhərrəmovun adına açılmış «Facebook» profili saxtadır
# 01 fevral 2014 14:25 (UTC +04:00)


Bakı. Hafiz Heydərov – APA. Bakı Dövlət Universiteti bu təhsil ocağının rektoru Abel Məhərrəmovun adına açılmış «Facebook» səhifəsi ilə bağlı açıqlama verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova APA-ya bildirib ki, A.Məhərrəmov «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçməyib: «Bu gün bəzi KİV-də Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova məxsus «Facebook» profilində hansısa statusun yazıldığı barədə məlumatlar yayılıb. Bildirmək istəyirəm ki, rektor Abel Məhərrəmovun belə bir səhifəsi yoxdur və həmin profil saxtadır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR