Aleksey Mitrofanovun deputat mandatının ləğvi ilə bağlı Rusiya Baş Prokurorluğuna sorğu göndərilib

Aleksey Mitrofanovun deputat mandatının ləğvi ilə bağlı Rusiya Baş Prokurorluğuna sorğu göndərilib
# 21 yanvar 2014 07:34 (UTC +04:00)

APA – nın məlumatına görə, bu barədə “Kommersant” qəzeti yazır.

İstintaq A. Mitrofanovu şahid qismində 2012-ci ildə “Arktur-Stroy” şirkətinin həmtəsisçisi Vyaçeslav Jarovdan arbitraj məhkəməsi çəkişməsində yardım üçün 200 min dollar tələb edilməsi ilə bağlı cinayət işi üzrə sorğu-sual etmək niyyətindədir.

A. Mitrofanovun deputat mandatının ləğvi ilə bağlı sorğu Rusiya Baş Prokurorluğuna yanvarın 20-də göndərilib. Lakin prokurorluqdan belə bir sorğunun hələlik daxil olmadığını bildiriblər. A. Mitrofanov isə sənədlə tanış olmadığını əsas gətirərək hər hansı şərh verməkdən boyun qaçırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR