“Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Dərvişin qeydləri” filminin premyerası olacaq

“Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Dərvişin qeydləri” filminin premyerası olacaq
# 29 iyul 2013 09:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Avqustun 2-də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Dərvişin qeydləri” filminin premyerası olacaq. Filmin ssenari müəllifi İlqar Fəhminin APA-ya verdiyi məlumata görə, “Dərvişin qeydləri”nin geniş ictimaiyyətə təqdimatı Nizami Kino Mərkəzində baş tutacaq.

İlqar Fəhmi bildirib ki, filmdə hadisələr Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verir: “Dərvişin qeydləri” Azərbaycanda ilk tarixi-detektiv janrda olan filmdir. Bizim kino tarixində tarixi, detektiv filmlər çox olub, amma sırf tarixi-detektiv film çəkilməyib. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir”.

Xalq artisti Eldar Quliyevin quruluş verdiyi filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqü Hüseynov, Pərviz Məmmədrzayev və başqaları rol alıblar. Filmin bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR