ABŞ Konqresi dünyanın iri neft şirkətlərini İranla əməkdaşlıq etməməyə çağırıb

ABŞ Konqresi dünyanın iri neft şirkətlərini İranla əməkdaşlıq etməməyə çağırıb
# 09 dekabr 2013 11:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Konqresi İranla əməkdaşlıq etmək istəyən dünyanın iri neft şirkətlərinə xəbərdarlıq edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Konqresi həmin şirkətləri İrana qarşı sanksiyalar aradan qaldırılmadan hər hansı bir ticarət əməkdaşlığına getməməyə çağırıb. ABŞ Konqresi onların İranla əməkdaşlığa başlayacaqları təqdirdə, beynəlxalq sanksiyaları pozduqlarına görə cəzalandırılacaqlarını açıqlayıb.

Qeyd edək ki, İran hökuməti dünyanın 7 iri neft-qaz şirkətini əməkdaşlığa çağırıb. İranın neft naziri Bijən Namdar Zəngənə bildirib ki, Fransadan “Total” və “Royal Dutch Shell”, İtaliyadan ENİ, Norveçdən “Statoil”, Böyük Britaniyadan BP və ABŞ-dan “Exxon Mobil” və “Conoco Phillips” şirkətlərini ölkənin neft və təbii qaz layihələrinin işlənməsi üçün layihələrə qoşulmağa dəvət ediblər. Onun sözlərinə görə, ABŞ-ın neft-qaz şirkətlərinin İran neft və qaz sənayesində fəaliyyət göstərmələri üçün heç bir məhdudiyyət yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR