“Atəşgah” sığorta şirkəti xaricə gedənlərin yeni xidmətlər təklif edir

“Atəşgah” sığorta şirkəti xaricə gedənlərin yeni xidmətlər təklif edir
# 17 iyun 2014 07:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir neçə mühüm yeniliklər təklif edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkət təqdim etdiyi səyahət sığortasına yeni “Premium” paket daxil edib. “Standard” paketə daxil olan risklərdən əlavə (qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tibbi müalicə, tibbi daşınma və repatriasiya xərcləri, baqajın itirilməsi, və səyahətin ləğv edilməsi xərcləri) “Premium” paketə qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tibbi müalicə, tibbi daşınma və repatriasiya xərcləri, baqajın tam məhv olması və ya itməsi, səyahətin ləğv edilməsi, xarici pasportun itirilməsi, aviareysin ləngiməsi kimi risklər daxildir.

“Premium” paket üzrə sığorta haqqı “Standard” paket ilə müqayisədə cüzi fərqlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR