QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İsrail səfiri ilə görüşüb - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İsrail səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 16 yanvar 2014 17:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Rafael Harpazla görüşüb. Şuradan APA-ya verilən məlumata görə, Rafael Harpaz ötən ilin dekabrında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Brüsseldə Avropa Parlamentində keçirilmiş “Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti”nin təbliğinə həsr olunan konfrans haqqında fikirlərini bölüşərək Azay Quliyevə təşəkkürünü bildirib. Səfir Şuranın xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı strategiyasının Azərbaycanın beynəlxalq imicinin müsbət inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini və təqdirəlayiq olduğunu qeyd edib. O, Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin, tolerantlıq mühitinin və beynəlxalq sülhyaratma missiyalarında iştirakının dünyada tanıdılmasının vacibliyini bildirərək bu işdə yalnız dövlətin deyil, eyni zamanda vətəndaş cəmiyyətinin də yüksək fəallıq göstərməli olduğunu vurğulayıb.

Şura sədri Azay Quliyev Şuranın xarici QHT-lərin layihələrini dəstəklənməsi işinə böyük önəm verdiyini və AP-də keçirilən dinləmələrin Azərbaycanda müxtəlif millətlərin bərabər hüquqluluq şəraitində yaşayışının beynəlxalq miqyasda təsdiqi olduğunu qeyd edib. A. Quliyev Azərbaycanın və İsrailin vətəndaş cəmiyyətləri arasında münasibətlərin inkişafı üçün birgə qərarların qəbul edilməsinin və təcrübə mübadiləsi aparılmasının hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib.

Görüşdə Azərbaycanın və İsrailin QHT sektorunun inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR