Azərbaycan və Latviya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Latviya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
# 17 yanvar 2014 10:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakıda səfərdə olan latviyalı həmkarı Anriys Matissinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Z.Məmmədov latviyalı həmkarı ilə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparıb. Z.Məmmədov son illər Azərbaycanın inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycan-Latviya ikitərəfli əlaqələrdən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, görülən işlərdən, həyata keçirilən iri regional layihələrdən danışıb.

Nəqliyyat sektorunu əhatə edən sahələr – dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir, bu istiqamətdə Latviya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycan, həm də Latviyanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.

A.Matiss isə Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR