Azərbaycan aqrar sahədə Almaniyaya ilə birgə müəssisələrin yaradılmasında maraqlıdır - FOTO

Azərbaycan aqrar sahədə Almaniyaya ilə birgə müəssisələrin yaradılmasında maraqlıdır - <span style="color: red;">FOTO
# 14 yanvar 2014 12:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nazirin Almaniyaya səfəri ərəfəsində keçirilən görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi olub.

H.Əsədov Almaniyanın Azərbaycanın aqrar sahədəki təşəbbüslərini dəstəkləyən bir ölkə olduğunu və bu sahədə əlaqələrin genişlənməsinə, həmçinin Almaniya ilə çoxşaxəli əməkdaşlığa önəm verdiyini xüsusilə vurğulayıb. Bu ölkəyə səfəri ərəfəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılmasının vacibliyini bildirib.

H.Əsədov Almaniyanın aqrar sahədə böyük təcrübəyə malik ölkə olduğunu bildirərək, Almaniyadan bu il 100 ədəd «Klaas» modeli olan kombaynların alınmasının nəzərdə tutulduğunu qeyd edib. Almaniya ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu nəzərə çatdıran nazir, texniki avadanlıqların istehsalı, həmçinin baytarlıq və bitki mühafizə vasitələrinin istehsalı üzrə birgə müəssisələrin yaradılması imkanlarına baxılması, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

H.Əsədov bu ilin may ayında Bakıda keçiriləcək Qida və Kənd təsərrüfatı Sərgisində iştirak etməyə Almaniya şirkətlərini dəvət edib və Azərbaycanın aqrar sektorunda investisiya üçün əlverişli mühitin olduğunu bildirib.

Səfir H.Tempel qida təhlükəsizliyinin təminatı, elm və tədqiqat sahəsində, xüsusilə gen mühəndisliyi, ərzağın keyfiyyətinin artırılması, kənd təsərrüfatının kadr potensialı və texniki təminatı sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR