Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib
# 14 oktyabr 2013 06:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 15 237 bəndədək, S&P 500 0,6% - 1 703 bəndədək, Nasdaq 0,8% - 3 792 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə büdcə problemlərinin həllinin tapılması ehtimalları təsir edib. Belə ki, prezident Barak Obama və Konqresin Nümayəndələr Palatasının spikeri Con Beyner büdcə barədə danışıqların davam etdirilməsi barədə razılığa gəliblər ki, bu da investorlarda ümidlər yaradıb.

Avropa fond bazarlarında oktyabrın 11-də FTSE 100 indeksi 0,8% - 6 487 bəndədək, Almaniya DAX-ı 0,5% - 8 725 bəndədək, Fransa CAC-40-ı isə 0,04% - 4 220 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% azalaraq 1 268,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3544 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR