Gənclər Fondu ali məktəblərdə keçirdiyi təqdimatları yekunlaşdırıb - FOTO

 Gənclər Fondu ali məktəblərdə keçirdiyi təqdimatları yekunlaşdırıb - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 09:40 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun ali təhsil müəssisələrində keçirdiyi təqdimat mərasimləri yekunlaşıb.

Fonddan APA-ya verilən məlumata görə, təqdimatlar Azərbaycan Dillər Universiteti, Dövlət Aqrar Universiteti, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Dövlət İqtisad Universiteti, Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Neft Akademiyası, Dövlət Pedaqoji Universiteti, Dövlət Rəssamlıq Akademiyası, Memarlıq və İnşaat Universiteti, Müəllimlər İnstitutu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Texniki Universitet, Texnologiya Universiteti, Turizm İnstitutu, Bakı Biznes Universiteti, Bakı Dövlət Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Ali Neft Məktəbi, Gəncə Dövlət Universiteti, Xəzər Universiteti, Qərb Universiteti, Lənkəran Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Mingəçevir Politexnik İnstitutu, Odlar Yurdu Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında baş tutub.

Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunub.

Təqdimatlar hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilib. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.

Qeyd olunub ki, fond 14-29 yaş həddində olan fiziki şəxsləri “C” kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR