Abbasəli Həsənov: “Azərbaycan Tacikistanla bütün sahələrdə münasibətlərin dərinləşdirilməsində və genişləndirilməsində maraqlıdır”

Abbasəli Həsənov: “Azərbaycan Tacikistanla bütün sahələrdə münasibətlərin dərinləşdirilməsində və genişləndirilməsində maraqlıdır”
# 06 yanvar 2014 19:18 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir Tacikistanın Prezidenti E.Rahmonun 2012-ci ilin 12-13 iyul tarixlərində Azərbaycana rəsmi səfərinin və 15-16 oktyabr 2012-ci ildəki işgüzar səfərinin əhəmiyyətini vurğulayıb, 2013-cü il ərzində Azərbaycanın Tacikistandakı səfirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, Azərbaycan tərəfinin Tacikistanla bütün sahələrdə, o cümlədən hidroenergetika sahəsi daxil olmaqla iqtisadi sahədə münasibətlərin dərinləşdirilməsində və genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Azərbaycanlı diplomat Ticari-İqtisadi, Elmi-Mədəni Əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın 2013-cü ilin 3-5 sentyabr tarixlərində Bakı şəhərində keçirilən 2-ci iclası barədə danışaraq, iclasın yekun sənədi kimi nazirlər tərəfindən protokol imzalandığını bildirib.

Həmsöhbətlər müdrik liderlərin siyasətləri sayəsində Azərbaycan və Tacikistanın qarşılaşdıqları bütün çətinliklərə sinə gərərək iki xalq arasında tarixən formalaşmış dostluq əlaqələrini bundan sonra daha da inkişaf etdirəcəklərini qeyd ediblər. Onlar iki ölkənin prezidentləri arasında səmimi dostluq əlaqələrinin mövcud olduğunu və bu faktın münasibətlərin bütün sahələrdə müsbət məcrada davam etdirilməsi üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.

U.Usmonov ölkənin su ehtiyatlarından istifadə sahəsində Tacikistanın potensialı və təcrübəsi barədə danışıb. Onun sözlərinə görə Orta Asiyanın su ehtiyatlarının 60 %-i Tacikistanın payına düşür. Hər il demək olar ki, Tacikistanda əhalinin və müəssisələrin enerjiyə olan tələbatını tam və fasiləsiz ödəmək üçün yeni böyük və kiçik SES-lər tikilir.

Nazirin bildirdiyinə görə əsasən çin, türk, avropa şirkətləri Asiya İnişaf Bankı və İslam İnkişaf Bankı vasitəsilə Tacikistanda kiçik və böyük SES-lərin tikintisi üzrə tenderlərdə iştirak edirlər. Azərbaycan bu bankların üzvü olduğuna görə tenderlərə qoşula bilər.

Səfir A.Həsənov, öz növbəsində, son 10 ildə Azərbaycan iqtisadiyyatının, o cümlədən su ehtiyatlarından istifadə, elektrik enerjisinin istehsalı sahəsində sürətli inkişafı haqqında həmsöhbətinə məlumat verib. O, qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 mlrd. dollar investisiya qoyulub, onun yarısı Azərbaycanın öz daxili investisiyasıdır. Son bir neçə illər ərzində Azərbaycan investisiya daxil edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, təxminən 10 mlrd. dollar həcmində Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Türkiyə kimi dövlətlərə investisiya qoyub.

Səfir A.Həsənov Dağlıq Qarabağ münaqişəsi, onun mənfi nəticələri barədə danışıb, Azərbaycanın 20 % torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, nəticədə 1 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. “BMT TŞ-nin Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi barədə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq Ermənistan bu günə qədər Azərbaycan torpaqların işğal altında saxlayır” – deyə səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR