İranın xarici işlər naziri Türkiyədə səfərdədir

İranın xarici işlər naziri Türkiyədə səfərdədir
# 04 yanvar 2014 20:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Əhməd Davudoğlunun dəvəti əsasında İstanbula gedib.

M.C.Zərif səfər çərçivəsində Türkiyənin bir sıra rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq. Belə ki, görüşlərdə əsasən Suriya və İraqda baş verən son hadisələr, Suriya probleminin siyasi yolla həlli məsələsi, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri ətrafında fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR