Lənkəranda 3 ədəd tank əleyhinə mina tapılıb - VİDEO

Lənkəranda 3 ədəd tank əleyhinə mina tapılıb - <span style="color: red;">VİDEO
# 27 fevral 2014 13:26 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və Sərhəd Qoşunlarının qulluqçuları cəlb olunublar.

Əraziyə baxış keçirildikdən sonra əməliyyat tədbirləri qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Hüquq-mühafizə orqanlarından APA-nın yerli bürosuna aşkarlanmış minaların xüsusi qaydalarla zərərsizləşdiriləcəyi bildirilib.

Qeyd edək ki, həmin ərazidə müxtəlif silah-sursatlara tez-tez rast gəlinir. SSRİ zamanında orada hərbi hissə yerləşib. Tez-tez aşkarlanan silah-sursatların da həmin hərbi hissə tərəfindən əraziyə atıldığı ehtimal edilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR