Ağdaşın daha iki kəndinə təbii qaz verilib - FOTO

Ağdaşın daha iki kəndinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 07 oktyabr 2013 16:51 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Bu gün Ağdaş rayonun Güvəkənd və Əmrarx kəndlərinə 20 illik fasilədən sonra təbii qaz verilib.

APA-nın məlumatına görə bu münasibətlə həmin kəndlərdə keçirilən mərasimdə bildirilib ki, Güvəkənd və Əmrarx kəndlərinə təbii qaz verilişinin bərpası üçün 8082 metr uzunluğunda daşıyıcı və 20 335 metr uzunluğunda paylayıcı qaz xətləri çəkilib, 10 yerdə qaztənzimləyici şkaflar quraşdırılıb. Güvəkənddə 229, Əmrarxda isə 222 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb.

Məlumat verilib ki, hazırda Ağdaş şəhərinin 20 Yanvar və Ağamalı küçələrində, Ləki və Məşəd qəsəbələrində, Nehrəxəlil və Qaradağlı kəndlərində qaz xətlərində təmir-bərpa işləri görülür. Bundan əlavə, rayonun daha 8 kəndinə qaz çəkilişi üçün layihə-smeta sənədləri hazırlanıb və yaxın günlərə həmin kəndlərə qaz xətlərinin çəkilişinə başlanılacaq.

Qeyd edək ki, bu günədək Ağdaş şəhərində, Ləki qəsəbəsində və 39 kənddə 13 min 651 mənzil qazlaşdırılıb, rayon əhalisinin 75 faizi təbii qazla təmin olunub. 2014-cü ilədək rayonun bütün kəndləri qazlaşdırılacaq. Sonda rəmzi məşəl alovlandırılıb, evlərdə təbii qazın təzyiqini yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR