Azərbaycan ICAN-2013 konfransında iştirak edib

Azərbaycan ICAN-2013 konfransında iştirak edib
# 20 dekabr 2013 08:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərində Hava əlaqələrinə dair çoxtərəfli danışıqların aparılması üzrə növbəti konfrans (ICAN-2013) keçirilib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) məlumat verilib.

Konfransda 73 dövləti və 6 beynəlxalq təşkilatı təmsil edən 406 nümayəndə iştirak edib, 500-dək danışıq aparılıb və onların gedişində 500 memorandum və saziş imzalanıb.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 12 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Yamayka, CAR, Kanada, Yəmən və Banqladeşin nümayəndə heyətləri ilə hava əlaqəsi haqqında saziş mətnləri ekspertlər səviyyəsində razılaşdırılıb. Yeni Zelandiya, Keniya, Monqolustan və Malayziyanın nümayəndə heyətləri ilə saziş layihələrinin razılaşdırılmasına dair protokollar imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR