FHN Bakıda 35 yaşlı kişinin intihara cəhd faktı ilə bağlı məlumat yayıb

FHN Bakıda 35 yaşlı kişinin intihara cəhd faktı ilə bağlı məlumat yayıb
# 28 may 2014 13:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhd faktı ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq intihar edəcəyini nümayiş etdirir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:35-də başa çatıb.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, özünü yaşadığı binanın eyvanından atmaq istəyən şəxs Məhəmməd Hadi küçəsi-21, mənzil-95-də yaşayan 1979-cu il təvəllüdlü Amil Vəzirov olub.

Polisdən A. Vəzirovun ruhi xəstə olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR